“Ləzzət Qida Sənaye” MMC-nin əməkdaşı ifşa olundu

“Ləzzət Qida Sənaye” MMC-nin əməkdaşı ifşa olundu

"Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər ambar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər ambar filialının satış təmsilçisi işləyən Namiq Vəliyevin hesabında 37 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə