Gənc dəm qazından zəhərlənib

Şəmkir sakini 18 yaşlı Gəray Orucov ötən gün axşam saatlarında yaşadığı ünvanda dəm qazından zəhərlənib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə zamanı gənc oğlan vanna otağında olub. Yaranmış texniki nasazlıq səbəbindən dəm qazı otağa dolub və Gəray Orucov zəhərlənib. Yaxınlarının köməyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilən gənc dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlar nəticəsində Gəray Orucovun həyatını xilas etmək mümkün olub, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə