Gəncə və Tovuzda bıçaqlanma hadisələri baş verib. Bu gün 35 yaşlı Gəncə sakini bıçaqlanıb. Şəhər Təcili Tibbi Yardım xəstəxanasından SİA-nın Qərb bürosuna verilən məlumata görə, Əziz Orucov bıçaq xəsarəti ilə tibb müəssisəsinə gətirilib. Dərhal əməliyyat olunan yaralı cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda xəstənin müalicəsi davam etdirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Tovuz rayonunda da bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Yanıqlı kəndindəki kafedə qeydə alınıb. Yanıqlı kənd sakini, 40 yaşlı Elçin Ələsgərov özündən 15 yaş kiçik Əkrəm Pənahova 4 bıçaq zərbəsi endirib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan gəncin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB