Penitensiar Xidmətin əməkdaşı həbsxanaya tiryək keçirərkən saxlanıldı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin daha bir əməkdaşı ədliyyə orqanlarından xaric edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib və ondan 1(bir) ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik maddə "tiryək" aşkar olunaraq götürülüb.
Ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib, barəsində toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB