Penitensiar Xidmətin əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Penitensiar Xidmətin əməkdaşı ədliyyə orqanlarından xaric edilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşı ədliyyə orqanlarından xaric edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən Həbsxananın əməkdaşı ədliyyə kiçik giziri Süleymanov İlqar Əlisurət oğlunun üzərinə baxış keçirilərkən ondan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə kiçik giziri İ.Ə.Süleymanov Ədliyyə Nazirliyinin Penitensiar xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək, ədliyyə orqanlarından xaric edilib.

Fakt üzrə materiallar prokurorluq orqanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə