Bakıda piyada yol qəzası zamanı həlak olub

Bakıda piyada yol qəzası zamanı həlak olub

Masazır-Novxanı yolunda ölümlə nəticələnən yol-qəza hadisəsi başç verib. Abşeron Rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, 1987-ci il təvəllüdlü Arif Elman oğlu Bağırov idarə etdiyi 10-XD-011 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini, 1968-ci il təvəllüdlü Natiq Aydın oğlu Əzimovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə