Bu gecə bir neçə yanğının qarşısı alınıb

Bu gecə bir neçə yanğının qarşısı alınıb

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və şiti yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda 16 mərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 81 ədəd elektrik sayğacı yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Beyləqan şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilimiş ümumi sahəsi 10 kv.m olan hamamın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə