Ötən gün axşam saatlarında Tovuz rayonu sərhəd kəndləri düşmən ordusunun güllə yağışına tuş gəlib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bir neçə gündə aktivləşən düşmən ordusu evlərə məktəblərə ziyan vurmuşdusa, yanvarın 23-ü axşam saatlarında 37 yaşlı 1 uşaq anası Ruhiyyə Hüseynovanı yaralayıb.
Atışma zamanı güllədən qorunmaq üçün qonşuya keçən qadın hər iki ayağından güllə yarası alıb. Atışma bir neçə saat davam etdiyindən yaralını Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırmaq üçün zərərçəkənin bacısı qaranlıqda onu belində asfalt yola çıxarıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti kafidir.



İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB