Bərdədə yanğın hadisəsi baş verib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, hadisə rayonun Qazıqurdalı kəndində məcburi köçkünlərin məskunlaşdığı evdə olub. Ağdam rayonundan məcburi köçkün olan Pərvanə Əliyevanın məskunlaşdığı bir otaqlı ev yanaraq kül olub. Havanın küləkli olması isə alovun daha da sürətlə yayılmasına səbəb olub.
Yanğın baş verərkən evdə heç kəs olmayıb. Hadisəni görən qonşular ev yiyəsinə xəbər veriblər. Yanğın söndürənlər gələnə qədər qonşular alovu söndürməyə cəhd göstərsələr də bacarmayıblar. Hadisə zamanı evdə olan pulları, sənədləri və əşyaları çıxartmaq mümkün olmayıb.
Hadisə yerinə FHN- nin yanğından mühafizə briqadasının əməkdaşları cəlb olunub. Yanğın çətinliklə də olsa, söndürülüb. Hadisəyə səbəb elektrik naqillərindəki qısa qapanma olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB