Tərtərdə əxlaqsızlıq yuvası aşkarlanıb. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, bağça müdirəsi, 56 yaşlı İzahat Axundovanın gəlir əldə etmək məqsədi ilə evində təşkil etdiyi "məclis" polis bölməsində başa çatıb. O, keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Dindirilmələr nəticəsində məlum olub ki, o, rayon sakini 26 yaşlı Pərvanə Tağızadəni və Bərdə rayon sakini 22 yaşlı Vəfa Qocayevanı fahişəliyə cəlb edib. Qızların Anar Hüseynov və onun dostu Tofiq Həsənovla görüşməsi üçün evində əxlaqsızlıq yuvası təşkil edən İzahat Axundova 34 yaşlı Anar Hüseynovdan 250 manat alıb. Polisin keçirdiyi əməliyyat zamanı İzahat Axundova və onun evində əxlaqsızlıq məqsədilə görüşənlər saxlanılaraq polis şöbəsinə gətirilib. İ. Axundova barəsində Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə cinayət işi açılıb.
Faktla bağlı rayon polisi araşdırmalar aparır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB