Bakıda dəhşətli qəza: 2 ölü

Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Qaradağ Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Mehman Əhmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda hərəkət edən Cəlilabad rayon sakini Pərviz Ağayevin idarə etdiyi "İsuzu" markalı avtomobilə, sonradan yolun kənarındakı hasara çırpıb. Nəticədə M. Əhmədov və sərnişini - Biləsuvar rayon sakini Vüqar Abışov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Digər avtomobilin sürücüsü və sərnişinləri yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə