Yaşlı qadın evində köməksiz vəziyyətdə qalıb

Yaşlı qadın evində köməksiz vəziyyətdə qalıb

Bakı şəhəri, Nizami rayonunda 1938-ci il təvəllüdlü Seyidova Rəna Mircəfər qızı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə pilləkən vasitəsilə qalxaraq eyvandan içəri daxil olub və giriş qapısını açaraq zərərçəkmişin xilas olunmasını təmin ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə