Ata və oğulun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Abşeron rayonunda ata və oğulun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. zamanı ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya vverilən məlumata görə, hadisə ötən gün saat 23 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində baş verib.
Qəsəbə sakini Gəray Mehralıyevin idarə etdiyi "VAZ-2107" markalı və Cəlilabad rayon sakini Azad Səlimovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
G.Mehralıyev və sərnişini - oğlu Vüsal hadisə yerində ölüb.
A.Səlimov və sərnişini - İlham Musayev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB