Yanvarın 16-dan 20-dək yağan aramsız yağışlar Fransanın cənubunda böyük dağıntılara səbəb olmuşdur. Aylıq normadan beş dəfə artıq olan düşən yağıntı ölkənin cənubundakı Var və Buş-dü-Ron departamentlərinə daha çox ziyan vurub. Yağışın əmələ gətirdiyi sel nəticəsində bəzi yerlərdə torpaq sürüşməsi baş verib, küçələrdə suyun səviyyəsi bir metrə qədər qalxıb və evləri su basıb. Əksər yerlərdə yollar tamamilə dağılıb, şəhərlərarası nəqliyyatın hərəkəti dayanıb.
Təbii fəlakət nəticəsində 3 nəfər ölmüş, 5 nəfər itkin düşüb. 2500 ailə təhlükəsiz yerə köçürülüb.
Ölkənin cənubunda turizm bölgəsi kimi məşhur olan Nis şəhərinə daha çox zərər dəyib. İlkin hesablamalara görə şəhər infrastrukturuna dəyən ziyanın məbləği 6 milyon avrodur.
Baş nazir Jan-Mark Erol təbii fəlakətə daha çox məruz qalmış Var departamentinə səfər edib, vəziyyətlə yerindəcə tanış olub.
Təbii fəlakətin nəticələrini qaldırmaq üçün yüzlərlə jandarm səfərbərliyə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB