İribuynuzlu heyvan su quyusuna düşüb

İribuynuzlu heyvan su quyusuna düşüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə bir baş iribuynuzlu heyvan dərinliyi yeddi metr olan su quyusuna düşüb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər müvafiq qaydada heyvanı xilas edərək sahibinə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə