Qəbələdə intihara cəhd olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Nohurqışlaq kəndində 1 nəfər kişi intihar etmək məqsədi ilə ağaca çıxıb.

SİA-nın məlumatına görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb.

Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə