Ötən gecə Gəncədə 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, gecə saat 00.00 radələrində Gəncə-Şəmkir yolunda avtomobil qəzası baş verib. "VAZ 21011" markalı avtomobil dönmə əməliyyatı aparan "Mercedes" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan deyib.
"VAZ 21011" markalı avtomobildəki sərnişinlər 23 yaşlı Samirə İsgəndərova və onun 6 yaşlı oğlu Elton İsgəndərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Axşam saat 21.00 radələrində isə şəhərin Ruzigar Qasımov küçəsində piyadavurma hadisəsi qeydə alınıb. 34 yaşlı Sədaqət Qurbanova iki azyaşlı uşağı ilə məişət tullantılarını atmaq üçün evdən çıxıb və yolu keçərkən "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Sədaqət Qurbanova ağır xəsarət alıb, 9 yaşlı övladı isə dünyasını dəyişib.
Daha bir piyadavurma hadisəsi isə Gəncə şəhəri Şah İsmayıl Xətayi prospektində baş verib. Yaşlı qadın naməlum avtomobil tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, mərhumun cəsədi tanınmaz hala düşdüyü üçün onun kimliyini hələ də müəyyən etmək mümkün olmayıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB