Yasamal rayonunun Bünyadzadə küçəsi ev 8, mənzil 19 ünvanında bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, həmin ünvanda yaşayan, 1967-ci il təvəllüdlü Dürdanə Malik qızı Səmədova və onun qızı, 2010-cu il təvəllüdlü Kübra İbrahim qızı Səmədova hamamda çimərkən dəm qazından boğularaq ölüblər.
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxt Bakıda ana və qızın dəm qazından boğularaq ölməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: "FHN-a Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında iki nəfərin köməksiz vəziyyətdə qalması barədə xəbər daxil olub. Qurumun xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən evdə qalanların telefon zənglərinə və qapının döyülməsinə reaksiya vermədikləri bəlli olub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilin qapısını açıblar. Mənzilə baxış keçirilərkən evdə qalan iki nəfərin vanna otağında vəfat etdiyi müəyyən olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB