74 yaşlı kişi binanın damında dünyasını dəyişdi

74 yaşlı kişi binanın damında dünyasını dəyişdi

Gəncənin Kəpəz rayonunda beşmərtəbəli binanın damında kişi cəsədinin olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1940-cı il təvəllüdlü İslam İsmayıl oğlu Səfərov beşmərtəbəli binanın damına çıxıb və ürək tutmasından orada vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi düşürüb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə