Beyləqanda oğurluq hadisəsi baş verib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, rayonun Dünyamalılar kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyən Sevil Nəcəfovanın evindən 94 manat pul, 3 əl çantası və danışıq kartları oğurlanıb. Kənd sakinin iddiasına əsasən oğurluq bir qrup şəxs tərəfindən edilib.
Onun sözlərinə görə, hadisədən öncə cinayətkarlar elektrik xəttini kəsərək evdə işığın sönməsinə nail olublar.
Oğrular bir gündə 5 evdən oğurluq ediblər.
Qeyd edək ki, faktla bağlı Beyləqan rayon polis şöbəsində cinayət işi açılıb və şübhəli şəxs qismində Bəxtiyar Muradovun saxlanılıb. İstintaq işləri davam etdirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB