Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş yüksək gərginlikli elektrik dirəyinə çıxaraq intihara cəhd edib. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən həmin şəxsin sərxoş vəziyyətdə olması məlum olub. Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB