Sərt döngə can almağa davam edir FOTO

Sərt döngə can almağa davam edir FOTO

Ötən gün axşam saat 19:00 radələrində Hacıqabul Bəhrəmtəpə avtomobil yolunun 21-ci km-liyində Sabirabad rayonun Şəhriyar kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Ağcəbədi rayon sakini Sultanov Ülfət Hüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı 04 BX 497 dövlət nömrə nişanlı avtomobil paytaxt istiqamətində hərəkətdə olan zaman sərt döngədə idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Avtomobildə olan sərnişinlərdən Vasif adlı (soyadı məlum deyil) şəxs hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Ülfət Hüseynov və sərnişinlər Ağcəbədi rayon sakinləri 1996-cı il təvəllüdlü Sultanlı Zaur Ələddin oğlu, 1991-ci il təvəllüdlü Mikayıllı Nahid Hüseyn oğlu ağır dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı BDYP idarəsinin istintaq şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən və xəsarət alanlar "FİNCA" bankın Ağcəbədi rayon filialının əməkdaşları olublar.

Xatırladaq ki, bu hadisə həmin döngədə ölümlə nəticələnən 4-cü yol-nəqliyyat hadisəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə