Tərtər rayonunun Qarağacı kənd sakinləri ilə kəndin yaxınlığında məskunlaşan məcburi köçkünlərin arasında insident yaşanıb. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, məcburi köçkünlərin ev quşlarının Qarağacı kənd sakinlərinin yonca sahəsinə girməsinə görə baş verən insidentdə köçkünlərdən beş, kənd sakinlərindən isə üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, hadisə ilə bağlı rayon polisi araşdırma aparır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB