Bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi baş verib

Bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi baş verib

Bərdədə bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsində iki minik maşını toqquşub. "Daewo" markalı avtomobil prospektdə hərəkətdə olan zaman onun qarşısına dönmə əməliyyatını yetirən "Opel" markalı maşın çıxıb. Bu zaman qəza baş verib. Qəzada xəsarət alan "Opel" in sürücüsü ətrafda olan insanların köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Digər yol qəzası isə rayonun Şirvanlı kəndi ərazisində baş verib. Yaşayış məntəqəsində sürətlə hərəkət edən "VAZ 21011" markalı avtomobilin idarəetməni itirərək yoldan çıxıb. İlk öncə yol kənarında ağaca və sonra isə hasara çırpılan avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı avtomobilin sürücü Ceyhun Qurbanov ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəzalarda müxtəlif bədən xəsarətləri alan yaralıların vəziyyəti orta ağırdır. Hər iki faktla bağlı Bərdə rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə