"Keçən il vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb"

"Keçən il vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb"

"2013-cü ildə Azərbaycanda cinayət başında yaxalanan vəzifəli şəxslər barəsində 18 fakt üzrə cinayət işi başlanıb. Keçən il ərzində idarənin növbətçi prokurorları tərəfindən korrupsiya və digər hüquqpozmalar barədə müraciət edən 205 nəfər, idarə rəisi tərəfindən isə 25 vətəndaş qəbul edilməklə ərizələri alınıb, həmin ərizələr üzrə tam və hərtərəfli araşdırmalar aparılmaqla obyektiv qərarların qəbul edilməsi təmin edilib". SİA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində törədilən və ya hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 424 müraciət araşdırılıb: "Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanan şəxslər barəsində 18, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanan materiallar üzrə 7 cinayət işi başlanıb. Həmin işlərdən 19-u üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib".

İdarə rəisi onu da qeyd edib ki, 2013-cü ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib: "Əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib.Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində "Prokurorluq haqqında" qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə