Şirvanda naməlum avtomobil iki piyadanı vurub. SİA-nın Aran bürosuna Şirvan şəhər sakini Əlizamin Bağırov məlumat verərək bildirib ki, 15 yanvar 2014-cü il tarixdə axşam saat 18:50 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində yolu keçmək istəyən bacısı oğlu, 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlunu və oğlu, 1974-cü il təvəllüdlü Bağırov Mübariz Əlizamin oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.
Hər iki şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan Mübariz Bağırovun vəziyyəti ağırdır və baş nahiyyəsindən əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən sürücü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarılır və bu günə qədər tapılmayıb.
Xatırladaq ki, oxşar hadisə Şirvan şəhərində ötən ay da baş vermişdi. 17 dekabr 2013-cü il tarixdə də Şirvan şəhərinin Çılpaqlı yaşayış massivində yolu keçmək istəyən piyada 1962-ci il təvəllüdlü Cəfərova Fazilə Sərxan qızının ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb və bu günə qədərdə tapılmayıb. Şirvan Şəhər Polis Şöbəsi tərəfindən aparılan axtarış tədbirləri hələ nəticə verməyib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB