Piyada “Kamaz”ın təkərləri altında qaldı

Piyada “Kamaz”ın təkərləri altında qaldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda yol nəqliyyat qəza hadisəsi baş verib. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili divara çırpılıb və yol kənarında dayanan piyadanı vurub.

Xilasedicilər qəza nəticəsində avtomobilin təkərləri altında qalan vətəndaşın cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə