Tovuz sakini minaya düşdü FOTO

Tovuzda rayonun Ermənistanla sərhəd olan ucqar dağ kəndi Qaraların 40 yaşlı sakini Hidayət Müseyibov heyvanlarının ardınca gedərkən minaya düşüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, sağ ayağından ciddi xəsarət alan 40 yaşlı Qaralar kənd sakini, dərhal yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, sağ ayağının pəncəsindən ciddi xəsarət alan zərərçəkənin barmaqlarının amputasiya olunması gözlənilir. Qeyd edək ki, minaya düşən Hidayət Müseyibov Qaralar kənd Mədəniyyət evinin müdiridir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə