Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, naməlum şəxs Mirqubad Qubadlıya bıçaqla xəsarət yetirib və onun sağlamlığına ağır zərər vurub. Cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini Səməd Ayvazov rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daha bir hadisə isə yenə həmin rayonda baş verib. Belə ki, naməlum şəxs Ruslan Abdullayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb. Rayon polis idarəsinin əməkdaşları hadisəni törədən Yalçın Məmmədovu yaxalayıblar.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB