Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

Ötən gün axşam saat 08:00 radələrində Gəncənin Abbas Səhhət küçəsində bir nəfər piyada vurulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 76 yaşlı Səriyə Əsgərova aldığı çoxsaylı bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Şahidlərin sözlərinə görə, Səriyyə Əsgərovanı xəstəxanaya vuran avtomobilin sürücüsü aparıb.

Qeyd edək ki, hadisənin təfərrüatları müvafiq orqanlar tərəfindən araşdırılır. Həkimlərin sözlərinə görə, xəstənin vəziyyəti stabil ağır olaraq qalır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə