Bərdədə iki yük avtomobilinin toqquşması ilə nəticələn ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini 40 yaşlı Siyavuş Əliyevin idarə etdiyi "KAMAZ" 30 yaşlı Kənan Cəfərovun idarə etdiyi "Tır" markalı yük avtomobili ilə qoqquşub. Hadisənin baş verməsinə səbəb "Tır" maşının sürücüsünün ötmə əməliyyatını edərkən idarəetməni itirməsi olub. İdarəetməni itirən sürücü eyni istiqamətdə hərəkət edən "KAMAZ" la toqquşub. Nəticədə hər iki yük maşını yoldan çıxıb. Yük avtomobillərindən biri yol kənarındakı yardımçı tikiliyə girib. Maşınların apardıqları ərzaqlar yola səpələnib.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki avtomobilin sürücüsü Bərdə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, yaralıların vəziyyəti orta ağırdır
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB