Nil çayında gəmi batdı: 200 ölü

Nil çayında gəmi batdı: 200 ölü

Sudanın cənubunda hökumət və üsyançılar arasında yaranan qarşıdurmalarda qaçmağa çalışanları daşıyan gəminin batması nəticəsində 200 insan həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, rəsmi nümayəndələrin verdiyi açıqlamada gəminin Nil Çayında batdığı və çoxlu sayda insanın öldüyü deyilir.

Açıqlamada o da bildirilir ki, gəmidə ölənlərin çoxu qadın və uşaqlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə