Xaçmazdakı kütləvi heyvan cəsədləri ilə bağlı nazirliyin açıqlaması
"Böyük ehtimalla bu tullantılar meşə ərazisinə gecə saatlarında tökülüb. Hər bir vətəndaşın meşəyə girmək hüququ var. Bu hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları hüquq-mühafizə orqanlarına məlumat veriblər və faktla bağlı onlar tərəfindən müvafiq araşdırma aparılır". Bu sözləri SİA-ya açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Xaçmaz rayonunda meşə massivində xeyli sayda heyvan cəsədlərinin tapılması hadisəsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu kimi hallarda araşdırmanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi apara bilməz: "Misal üçün bir ağac kəsilən zaman kəsən şəxs məlum deyilsə, araşdırmanı ETSN apara bilməz. Ona görə də bu faktla bağlı da araşdırmanı hüquq-mühafizə orqanları aparır. İnsanların meşə sahəsindən bu cür məqsədlərlə istifadə etməsi bizi olduqca narahat edir. Bu, etik cəhətdən düzgün olmayan bir hadisədir. Meşələrin insanlar tərəfindən belə zibillənməsi bizi narahat edir. Ancaq bioloji cəhətdən meşə üçün ziyanlı hadisə deyil. Çünki tullantılar torpağa qarışdıqdan sonra gübrə olur".
Qeyd edək ki, Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindəki meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB