Qax və Balakəndə yanğın hadisəsi qeydə alınıb

Qax və Balakəndə yanğın hadisəsi qeydə alınıb

Bu gecə Qax və Balakəndə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Böyük Alatəmir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik, ümumi sahəsi 50 kv.m olan köməkçi tikili və tövlə yanğından mühafizə olunub. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Balakən rayonunda baş verib. Rayonun Şərif kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə