Cəlilabadda ev yanıb

Cəlilabadda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Uzuntəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə