Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib

Şirvanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün axşam saat 21:00 radələrində Şirvan şəhərinin G.Şıxbala oğlu küçəsində şəhər sakini 1992-ci il təvəllüdlü Səfərov Hacıbala Elşən oğlu bıçaqla vurulub. 22 yaşlı gənc Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Cərrah həkim Mikayıl Qocayevin verdiyi məlumata görə, xəstənin üzərində əməliyyat aparılıb və qarının ön divarının kəsilmiş, deşilmiş daxilə nüfuz edən yarası, qara ciyərin və böyük piyliyin kəsilmiş deşilmiş yarası aşkar edilib. Xəstə əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilib.

Hadisəni törədən şəxs qaçaraq istintaqdan yayınır və hələ saxlanılması mümkün olmayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə