"Polislər" vətəndaşdan rüşvət aldığı üçün tutulub

"Polislər" vətəndaşdan rüşvət aldığı üçün tutulub

Sumqayıt şəhərinin ərazisindəki parkda polis geyimində olan iki nəfər şəxs vətəndaşdan rüşvət aldığı üçün tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Elçin Babayev və Nail Mehdiyev özlərini polis əməkdaşları kimi təqdim edərək həmyerliləri İlqar Ramazanovu polisə aparacaqları ilə hədələyiblər və özlərini polis kimi təqdim edən şəxlər ondan 30 manat pul alıblar.

Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Babayev və N.Mehdiyev tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə