Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib. Bölgə müxbirimizin SİA-ya verdiyi məlumata görə, yol qəza hadisəsi Şəki-Qax yolunun 11-ci km-də, Şəkinin Qarabulaq kəndi ərazisində baş verib. Belə ki, rayonun Kiş kənd sakini Natiq Allahverdiyevin idarə etdiyi 10-XZ-036 dövlət nömrə nişanlı "VAZ 21112" markalı avtomobillə Aşağı Göynük kənd sakini Bəşarət Mustafayevin idarə etdiyi 40-BF-068 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Digər sürücü isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Rayon Polis şöbəsindən verilən məlumata görə, hadisə zamanı "VAZ-21112" markalı avtomobil zərbənin gücündən alışaraq yanıb. Qəza yerinə FHN Şəki Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB