Səudiyyə Ərəbistanın Hava Yollarına aid sərnişin təyyarəsi Mədinə şəhərində təcili enmə əməliyyatı həyata keçirib. SİA-nın məlumatına görə, təyyarədə olan 315 sərnişin ölüm təhlükəsindən yan keçsə də qəzada 29 nəfər yaralanıb.
Hadisə ilə bağlı rəsmi açıqlama verən hava limanının məsul işçisi təyyarənin pilotu təyyarənin arxa təkərini qəzalı vəziyyətdə olduğunu əvvəlcədən dediyini və enmə əməliyyatının uğursuz alındığını deyib: "Təyyarəni yerə endirmək üçün iki dəfə cəhd edilib ancaq nəticə uğursuz oldu. Yalnız üçüncü cəhddən sonra təyyarəni yerə endirmək mümkün olub. Bu zaman sərnişinlərdən 29-u yaralanıb. 18 nəfərə isə elə hava limanında olarkən ilkin tibbi yardım göstərilib. 11 sərnişin isə dərhal xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi açılıb və araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB