Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İrandan Azərbaycana keçmə cəhdinin qarşısı alınıb. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub və nəticədə silahlı toqquşma baş verib. Sərhədçilərin peşəkar və qəti hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib.
Hadisə yerinə baxış zamanı ərazidə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB