Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Köməksiz vəziyyətdə qalmış azyaşlı xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən nəzarətsiz vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə