Dəm qazından zəhərlənən xəstənin vəziyyəti ağırdır

Dəm qazından zəhərlənən xəstənin vəziyyəti ağırdır

Bu gün axşam saatlarında Ucar şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədova Məhəbbət Fazil qızı hamam otağında dəm qazından zəhərlənib. Bölgə müxbrinin SİA-ya verdiyi məlumata görə, yaxınları onun hamamdan gec çıxdığından narahat olaraq qapını qırıblar. Nəticədə zərərçəkən təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilsə də, hələlik onun vəziyyəti ağır olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə