Bu gün Lənkəran rayonunda 3 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, əsgər övladını görməyə gedən şəkili ailənin 3 üzvü yol qəzasında ölüb. Dəhşətli yol qəza hadisəsi bu gün saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - yolun Lənkəran rayonunun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Beləki Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi "VAZ-2103" markalı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi "Volvo" markalı ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib. Nəticədə "VAZ-2103"-ün sürücüsü və avtomobildə olan sərnişinlər- həyat yoldaşı ilə qızı hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB