Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətindən SİA-ya verilən xəbərə görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə həbs edilən 1966-cı il təvəllüdlü Mahir Qüdrət oğlu Niftəliyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Mətanət İbrahim qızı Niftəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən əlindəki çantanın içərisində daxilində "Nar" danışıq kartı olan 1 (bir) ədəd "iPhone" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB