Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu relsdən çıxıb
Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Baş verə biləcək yanğının qarşısını almaq məqsədi ilə 1 yanğınsöndürən maşın hadisə yerində növbə çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB