San-Frasiskoda Çinin baş konsulluğunun binasında yanğın törədilib

San-Frasiskoda Çinin baş konsulluğunun binasında yanğın törədilib

San-Fransiskoda Çinin baş konsulluğunun əsas girişi benzin tökülərək yandırılıb. Xoşbəxtlikdən, şəhərin yanğınsöndürmə xidməti alovu vaxtında söndürə bilib. Yanğın konsulluq binasının əsas qapısını və divarını zədələyib.

Diplomatik nümayəndəliyin əməkdaşlarından heç biri zərər çəkməmişdir. Federal Təhqiqatlar Bürosu (FTB) hadisə ilə bağlı araşdırma aparır. Partlayıcı qurğuların tətbiqi ilə bağlı sübutlar olmadığı üçün terror aktı versiysı istisna edilib. FTB-nin məlumatlarına görə, naməlum şəxs konsulluğu yandırmağa cəhd göstərib.

Şəhərin hüquq mühafizə orqanları konsulluğun yerləşdiyi rayonda təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə