Bakı İstintaq təcridxanasında saxlanılan məhbusda telefon aşkarlanıb

Bakı İstintaq təcridxanasında saxlanılan məhbusda telefon aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aşkar olunaraq götürülüb. Penitensiar xidmətdən SİA-ya verilən məlumata görə, 03.01.2014-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1993-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3 maddələri ilə təqsirli bilinərək 1 ay 22 gün müddətinə həbs edilmiş şəxs Məlikağa Bəşir oğlu Məlikovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, ona məxsus dolabçada kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə