Ötən ilin 31 dekabr tarixində Daşkəsən rayonu Çanaxçı kəndinin ərazisində kənd sakini Şahbaz Həsənov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Eyvaz Vəliyevə qolundan xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahbaz Həsənovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB