Xaçmazda ağır yol-qəza hadisəsi baş verib

Xaçmazda ağır yol-qəza hadisəsi baş verib

Ötən gecə Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda "KAMAZ" markalı yük avtomobili və "OPEL" markalı minik avtomobili toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində vəfat ediblər. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:02-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə