Azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb

Azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, giriş təsadüfən kilidlənməsi nəticəsində qapı bağlanıb.

Yanğınsöndürənlər-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli binanın 5-ci mərtəbəsinin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olub və azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə